İdman

Nəriman Axundovun atası: “Tarixi qola imza atdığı üçün oğlumla qürur duydum”

“Qələbə qolundan sonra oğlumun tribunada məni axtarmasına bir ata olaraq çox duyğulandım”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri “azxeber.az”a açıqlamasında dünən keçirilən “Qarabağ”- “Braqa” oyununda fərqlənən futbolçu Nəriman Axundzadənin atası bildirib.

 

Belə ki, dünən Avropa Liqasında həlledici qola imza atan 19 yaşlı futbolçu tribunada azarkeşlər arasında atasını axtarıb.
Əhməd Axundov oğlunun bu hərəkətini beləşərh edib:

 

“Onu tribunadan izləmək daha həyəcanlı idi. Tarixi qola imza atıb, özünün və klubunun adını tarixə yazdığı üçün ona təşəkkür edirəm. Duyğuların pik həddə çatdığı həmin anları söz ilə ifadə etmək çətindir. Həmin anda onun yanında olduğumu hiss etməsi və qələbə qolundan sonra məni tribunada axtarması bir ata olaraq məni çox duyğulandırdı”.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanov haqda araşdırma başladı: İspaniya klubları bu şirkətə sifariş verdi

admin

Futbolçu azarkeşi döydü

redaktor

Şəhriyar və Teymur mövqeyini qorudu

admin