19 C
Bakı
26 Sentyabr 2025 20:22
Cəmiyyət

İşdən çıxarılan polkovnik Gömrük Komitəsini məhkəməyə verdi

Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsi qurum barəsində məhkəmə iddiası qaldırıb.


Tacxeber.com
 xəbər verir ki, məhkəmə iddiası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin keçmiş rəisi, gömrük xidməti polkovniki Rafiq Cəlal oğlu Fətullayev tərəfindən irəli sürülüb.

Məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Orucovanın icraatına verilib.
İddia əmək məsələləri üzrə mübahisələrlə əlaqədar qaldırılıb.

Polkovnik Rafiq Fətullayev Komitədən onu işə bərpa etməsini tələb edir.
Məlumat üçün bildirək ki, ötən ilin aprel ayında mətbuatda Rafiq Fətullayevin nöqsanlara görə işdən azad olunduğu barədə məlumatlar yayılıb.

Yayılan məlumatlarda həmçinin qeyd olunur ki, əslən Babak rayonun Nehrəm kəndindən olan Rafiq Fətullayevin Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevlə qohumluq əlaqələri var.

Tacxeber.com

Oxşar xəbərlər

“Mədəsini əməliyyatla kəsdirənlər camaata yemək tərzi öyrədir” – Psixoloqdan qalmaqallı AÇIQLAMA

redaktor

Azərbaycanlı professor minillərdir tapılmayan tənliyi həll etdi

redaktor

ABŞ təşkilatı seçkilər ərəfəsində Azərbaycanda rəy sorğusu keçirdi – NƏTİCƏLƏR

redaktor