23 C
Bakı
24 İyun 2025 12:25
Sağlamlıq

Bu meyvə bədəni təpədən dırnağa qədər təmizləyir

Əsəbi olan insanların sakitləşmələri üçün yeyəcəyi bir meyvə…

bu-meyve-bedeni-tepeden-dirnaga-qeder-temizleyir

Antioksidant qaynağı olan innab kasiumla zəngin qidalar arasında birinci yerdə durur. Xalq arasında “həkim” olaraq adlandırılan innabın faydaları sadalamaqla bitmir.

 

Tacxeber.com bildirir ki, innab möhkəmliyi ilə tanınan innab ağacının meyvəsidir.  Bu meyvə ilə bağlı dünyada çoxlu sayda araşdırmalar aparılıb. Ortaya çıxan nəticələr bu meyvənin sağlamlığın əsas qaynağı olduğunu sübut edib.

Araşdırmalar innab meyvəsinin xərçəngin qarşısını ala biləcək özəlliyə sahib olduğunu aşkar edib. İnnabın tərkibində saponinlər, polisaxaridlər və flavonoidlər var. Bu zəngin tərkibi ilə təbii sakitləşdiricidir.

 

İnnab antioksidant və yüksək C vitamini qaynağıdır. A vitamini ilə də çox zəngin olan bu meyvə immun sistemini gücləndirir.

 

Bağırsaq problemlərinə müsbət təsir göstərərək qəbizliyi müalicə edir.

 

İnnab kaliumla çox zəngindir. 1 fincan innab suyu gündəlik kaliuma olan ehtiyacımızın 15 faizini qarşılayır.

 

Araşdırmalara görə, innab təbii antidepressantdır. Həmçinin antioksidantlarla dolu olan innab bu özəlliyi ilə yaşlanmanın göstəricilərini yox edir. Bu meyvədən alternativ tibdə günəş yanıqları, dəridəki qızartılar üçün istifadə olunur.

 

Kalorisi az olan bu meyvə dieta saxlayanlar üçün gözəl qidalanma vasitəsidir. İnnab tərkibindəki kalsium və fosfor ilə sümüklərin güclənməsinə kömək edir. Eyni zamanda dişlərin sağlamlığını qoruyur.

Tacxeber.com

Oxşar xəbərlər

Həkim: “Narkozun əsəb yaratmaq kimi təsiri yoxdur” – MÜSAHİBƏ + FOTO

redaktor

Gündə üç qaşıq yeyin! – Unutqanlığın təbii çarəsi

redaktor

Dondurma alarkən mütləq bunlara diqqət edin – XƏBƏRDARLIQ

redaktor