15 C
Bakı
27 Sentyabr 2025 17:49
Dünya

Pakistana təsadüfən atılan raketlərə görə hindli zabitlər ordudan uzaqlaşdırıldı

Hindistan Müdafiə Nazirliyi təsadüfən Pakistana doğru “BrahMos” raketi atıldığı üçün üç zabitini dərhal işdən çıxarıb.

Tacxeber.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Hindistan MN məlumat yayıb.

 

“Hadisənin detallarını müəyyən etmək, o cümlədən hadisəyə görə məsuliyyəti müəyyən etmək üçün yaradılmış İstintaq Məhkəməsi müəyyən edib ki, üç zabitin standart əməliyyat prosedurlarından kənara çıxması raketin təsadüfən buraxılmasına səbəb olub. Bu üç zabit ilk növbədə məsuliyyətə cəlb edilib. Onların xidmətinə Hindistan hökuməti dərhal xitam verib”, – deyə bildirilir.

İşdən çıxarılma əmrləri avqustun 23-də zabitlərə təqdim edilib.

 

Pakistan ordusunun məlumatına görə, bu il martın 9-da axşam saatlarında ölkənin hərbi-hava qüvvələri Hindistanda trayektoriyasını dəyişərək Pakistan ərazisinə düşərək Mian Çannu şəhəri yaxınlığında “yüksəksürətli uçan obyekt” aşkar edib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Pakistan Xarici İşlər Nazirliyi bildirib ki, Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkilinə zəng edilib və Hindistan mənşəli “hipersəsli uçan obyekt” tərəfindən ölkənin hava məkanının əsassız şəkildə pozulmasına görə ona sərt etiraz bildirilib.

 

Daha sonra Hindistan Müdafiə Nazirliyi Pakistan istiqamətində təsadüfən raket buraxılışını təsdiqləyib. Məlumata görə, buraxılış təmir zamanı texniki nasazlıq səbəbindən baş verib.

Tacxeber.az

Oxşar xəbərlər

Keçilərin səsinə oyanan ailə evdə dəhşət yaşadı — FOTO

admin

İngilislərdən diqqətçəkən Hakan Fidan mesajı: “Nə qədər gec deyil…”

admin

Qaqarini 1967-ci ildə ölümdən xilas edən dostu DANIŞDI

redaktor