29 C
Bakı
11 Avqust 2025 15:32
Şou

“Əvvəl “hacı” deyəndə müqəddəs torpaqlar, indi isə Şəbnəm yada düşür”

 

Aktyor Fərda Xudaverdiyevin müğənni Şəbnəm Tovuzlu haqda dedikləri ifaçını əsəbiləşdirib.

Tacxeber.com xəbər verir ki, Fərda “Xəbər-ətər” proqramında “hacı” mövzusuna toxunub:

“Hacı deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin xətrinə gəlməz. Şəbnəmin kod adı “hacı”dır. Əgər Şəbnəmlə bundan gözəl zarafat edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram. Burada nə var ki?”.

Proqramda yer alan Şəbnəm aktyora “Bu adama nə deyim, dostumdur da. Ona görə bu dəfə keçirəm. Həddini aşmadan, sərhəddini keçmədən zarafat etmək olar, burada nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında” cavabını verib.

Tacxeber.com

Oxşar xəbərlər

“Nə oldu, Paşinyan?” mahnısının müəllifi həbs olundu

redaktor

Cennifer Lopes haqqında yeni şayiə yayıldı: Mühafizəçisi ilə eşq yaşayır?

redaktor

“Pulsuz kişi heç arvadına da lazım deyil” – “Bakı gözəli”/VİDEO

redaktor