18 C
Bakı
11 Oktyabr 2026 03:00
Dünya

Zelenskidən Qərbə şok ittiham: Rusiya ilə müharibəni siz başladınız

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibənin başlamasına görə Qərbi ittiham edib.

Tacxeber.com xəbər verir ki, Zelenski bu barədə Almaniyanın ARD telekanalına müsahibəsində deyib.

Ukrayna dövlət başçısının sözlərinə görə, hər şey ondan başlayıb ki, 2014-cü ildə Krımın Rusiya Federasiyasının tərkibinə daxil edilməsi üçün keçirilən referendumdan sonra Qərb demək olar ki, heç bir reaksiya verməyib.

“2014-cü ildə yarımadanın Rusiya Federasiyasına daxil olmasına Qərbin zəif reaksiyası Moskvaya 2022-ci ildə müharibəyə başlamağa imkan verdi”, – Ukrayna lideri bildirib.

Bundan əlavə, Zelenski Almaniyanın Ukraynaya “Taurus” uzaqmənzilli qanadlı raketləri verməkdən imtina etməsindən məyus olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor