23.3 C
Bakı
13 İyun 2026 10:32
CəmiyyətHadisə

Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib

Xəzərdə sərnişin gəmisinə su dolub, 32 nəfər təxliyə edilib

Bu gün saat 21.00 radələrində sahildən 30 km aralı Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb.

Dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib.

Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərə təxliyə ediliblər.

Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur.

“PS 173″ gəmisi isə hadisə ərazisinə gələn ” Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb.

Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdikdən sonra daha ətraflı məlumat veriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Saakaşvli Ruben Vardanyanın həbsindən danışdı: “Xeyirlə şər…”

admin

Azərbaycan daxili işlər naziri Arif Heydərovun qətli SSRİ-də ən səsli-küylü qətllərdən oldu

admin

Bakıda həkimlərin başına iş gəldi – FOTO

redaktor