12 C
Bakı
26 Mart 2026 22:44
DünyaMuharibə

Röpke: İl-76 havada partlayışdan sonra qəzaya uğrayıb.

Rusiyanın İl-76 təyyarəsi havada partlayışdan sonra Belqorod vilayətində qəzaya uğrayıb.

 

Bunu BİLD nəşrinin hərbi eksperti Yulian Röpke qəzanın videosunu şərh edərkən deyib.

 

“Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsi Ukrayna ilə sərhəd yaxınlığında, Belqorod vilayətində qəzaya uğrayıb, havada baş verən partlayışdan sonra alovlanıb və parçalanmağa başlayıb. İndi Rusiya və Ukrayna mənbələri İl-76-nın vurulduğunu bildirir. Yerli sakinlərin niyə səmada “ucadan nəsə” eşidib, mobil telefonlarını çıxarıb fəlakəti videoya çəkdiklərini başqa cür izah etmək mümkün deyil. Düzgün görürəmsə, qəzadan əvvəl gövdə parçalanır və kabin təyyarənin qalan hissəsindən uzaqlaşır. Bunun baş verməsi üçün havada kifayət qədər güclü partlayış baş verməlidir”, – o bildirib.

 

Rusiyanın Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsindəki hər kəsin həlak olduğu bildirilir.

 

Bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov da “Telegram” kanalı vasitəsilə məlumat yayıb.

 

“Koroçanski rayonunda nəqliyyat təyyarəsi qəzaya uğrayıb. O, yaşayış məntəqəsinin yaxınlığındakı əkin sahəsinə düşüb. Təyyarədə olanların hamısı həlak olub. Hazırda ərazi mühasirəyə alınıb, bütün əməliyyat xidmətləri yerindədir, istintaq tədbirləri aparılır”, – deyə Qladkovbildirib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Bəlkə Zelenskini Marsa göndərək?”

redaktor

Tramp: “Zelenski uşağın əlindən konfetini alırmış kimi, ABŞ-dan 350 milyard qopardı” – VİDEO

redaktor

Cəbhədə durum rus ordusunun lehinə dəyişdi – Tarix verdilər

admin