CəmiyyətGündəmVideo

Oğurluq avtomobillər Kanadadan Azərbaycana necə gətirilib? – DGK təkzib etdi – VİDEO

Bir neçə gün əvvəl Kanadada dəyəri milyonlar olan 52 lüks avtomobili oğurlayaraq Gürcüstan və Azərbaycana gətirməyə cəhd edənlərin ifşa edildiyi ilə bağlı xəbərlər paylaşılıb.

 

Bildiyimiz kimi Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edildilər.

 

Yerli polisin yaydığı məlumata görə, Toronto şəhərində 3,2 milyon dollar dəyərində 52 avtomobil tapılıb. Şübhəli şəxslərə ümumilikdə 96 ittiham irəli sürülüb.

 

Bu cür hadisələr gömrük orqanları tərəfindən təsbit edilsə də, bəzən ölkə daxilində də qanunsuz avtomobillər aşkarlanır.

 

Bəs həmin avtomobillər ölkəyə necə gətirilir?

 

Dövlət Gömrük Komitəsindən bildirilib ki, son illərdə belə fakt aşkar edilməyib. Bu cür qanunsuz yola cəhd edənlərin qarşısı isə elə sərhəddəcə, gömrük əməkdaşları tərəfindən alınır. (Xəzərxəbər)

Tacxeber.com

Oxşar xəbərlər

Həbs edilmiş Rusiya vətəndaşları görün kimlərdir.

admin

DİN: “Saatlıda rezin güllədən istifadə etmişik”

redaktor

30 il sonra geydirmə millətə çevriləcəksiniz – Şair od püskürdü – VİDEO

redaktor