Hadisə

Bakıya dayə kimi gətirilən afrikalı qadının başına iş gəldi

Bakıda “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına afrikalı qadın yerləşdirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə sığınacağın sosial şəbəkə hesabında paylaşım edilib.

 

Qeyd olunub ki, əcnəbi xanım ölkəyə dayə işi üçün gətirilsə də, sonradan onunla işləməkdən imtina edilib:

“Vətəndaşımız qadını dayə işləmək üçün ölkəmizə dəvət edib. Qadın ölkəyə gəldikdən sonra onu dəvət edən şəxs fikrindən daşındıqlarını, artıq dayə istəmədiklərini bildirib. Hazırda əcnəbi vətəndaş sığınacağımızdadır və çalışırıq onu düşdüyü vəziyyətdən çıxarmaq üçün əlimizdən gələni edək”.

Tacxeber.com

Oxşar xəbərlər

Xameneinin nümayəndəsi müəmmalı şəkildə öldü

redaktor

Elçibəyin qohumu oğurluğun detallarını açıqladı

redaktor

Telman İsmayılov necə müflis oldu? — Kadırov izi…

redaktor