19 C
Bakı
10 Oktyabr 2026 12:31
Cəmiyyət

Körpələrdə ağrını azaltmaq üçün Motsartın musiqiləri səsləndirilib – Araşdırma

Bəzi musiqilər insanların beyninə güclü təsir göstərir…

korpelerde-agrini-azaltmaq-ucun-motsartin-musiqileri-seslendirilib

Aparılan yeni araşdırma həkim müayinəsi zamanı ağrıları olan yeni doğulmuş körpələrin Motsartı dinləməklə sakitləşə biləcəyini ortaya qoyub.

Tacxeber.com“Independent”ə istinadla xəbər verir ki, bu qənaətə ABŞ-ın Tomas Cefferson Universitetinin tədqiqatçıları gəliblər.

Belə ki, məşhur bəstəkar Volfqanq Amadey Motsartın əsərləri körpələr üzərində ağrıkəsici təsir göstərib.

Həkimlərlə birgə çalışan araşdırma qrupu Nyu Yorkdakı xəstəxanada 100 körpəni müayinə edib. Müayinə edilən hər bir körpə vaxtında doğulub və tədqiqat zamanı təxminən iki günlük olub.

Körpələrin yarısına daban testindən 20 dəqiqə əvvəl Motsartın musiqiləri dinlədilib. Parçalar prosedur zamanı və sonrası 5 dəqiqə davam edib. Digər yarısı isə səssizcə əməliyyatı gözləyib və valideynlərə körpələrini qucaqlamağa icazə verilməyib.

Bu zaman tədqiqatçı körpələrin üz ifadələrini, ağlamasını, nəfəs almalarını, ətrafların hərəkətlərini və sayıqlığını izləyərək nə qədər ağrı çəkdiklərini qeyd edib.

Motsartı dinləyən körpələrdə isə statistik və klinik cəhətdən ağrının azaldığı müşahidə edilib.

Araşdırmalar göstərib ki, bəzi sakitləşdirici musiqi növləri ən gənc insanların beyninə belə güclü rahatlaşdırıcı təsir göstərə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor

Din – Siyasətdir…

redaktor