Hadisə

Niftulla Əsgərov vəfat etdi

 

Əməkdar artisti Niftulla Fətulla oğlu Əsgərov vəfat edib.

Tacxeber.com xəbər verir ki, Niftulla Əsgərov uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında vəfat edib.

Qeyd edək ki, Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb.

Teatrda S.M.Qənizadənin “Xor-xor”əsərində Seyfulla, İ.Məlikzadənin “Gəl qohum olaq”ında Camal, H.Abbaszadənin “Həzi Aslanov”unda Bekişvilli, Ü.Hacıbəyovun “Olanlardan-keçənlərdən”ində Atamoğlan əmi, N.B.Vəzirovun “Hacı Qənbər”ində Qıdı Kirvə, E.İsgəndərzadənin “Qalxın, məhkəmə gəlir”ində Bəhruz, H. Mirələmovun “Vicdanın hökmü”ndə Aşot, B. Nuşiçin “Nazirin xanımı”nda Çeda, N.Nərimanovun “Nadir şah”nda Əliəşrəf bəy və s. obrazları canlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Sabunçu Tibb Mərkəzində FACİƏ: xəstə binadan yıxılıb öldü

redaktor

Rusiyada həyacanlı anlar: 2 sərnişin təyyarəsi QƏZA ENİŞİ ETDİ

admin

Çin istehsalı olan yorğan aldı, bürünüb yatdı – Həyatına son qoydu

redaktor