3 C
Bakı
11 Fevral 2026 17:03
Şou

“Efiri biz zəbt etməliyik, onlar yox”

“Yerində addımladınsa çəkilib evdə oturmalısan. Əgər sənətlə məşğulı olmaq istəyirsənsə efirdə xalqı aldatmaq olmaz”.

Tacxeber.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova Əməkdar artist Rəşaq İlyasovun “Danışır musiqi” verilişində deyib. Xanəndə bayağı mahnılar oxuyanları tənqid edib.

Sənət adamlarına səslənən M.Eyubova onları verilişlərə tez-tez getməyə çağırıb:

“İndi musiqimizi korlayanlar efirə ayaq açıblar. Bunu demək lazımdır. Bunu mən, sən demə, düzəlməyəcək axı. Bizim sənətkarların yolunu davam etdirmək lazımdır. Bizim ziyallılarımızın çoxu deyir, nəyimə lazımdır deyim. Onsuz da belədir. Amma mənim muğamıma, musiqimə, incəsənətimə ürəyim ağrıyır. Sənətə zərər gəlir. Biz də ayağımızı efirdən çəkirik. Efiri kimə tapşıraq? Biz efiri zəbt etməliyik ki, onlar geri çəkilsin. Heç kimin ixtiyarı yoxdur musiqini korlasın. Yeni ifaçılar qoyun çıxsın. Amma efir buna imkan yaratmamalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər

Röyanın keçmiş həyat yoldaşı üçüncü dəfə boşanır — FOTO

redaktor

Namiq Vüqarın fikirlərinə ETİRAZ ETDİ: “Kökündən yalnışdır” – VİDEO

redaktor

Niyam qırmızı geyinib qəbiristanlığa getdi – Tənqid olundu

redaktor