Dünya

Pakistanla İran qarşılıqlı əməkdaşlığa hazırlaşır

 

Pakistan İranla qarşılıqlı etimad əsasında əməkdaşlığa hazır olduğunu açıqlayıb.

Tacxeber.comxəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığında bildirib.

“Pakistan və İran arasında sıx qardaşlıq əlaqələrini vurğulayan xarici işlər naziri İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusunu ifadə edib”, – Pakistan XİN-in bəyanatında deyilir.

Cəlil Abbas Cilani onu da vurğulayıb ki, bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətə əsaslanmalıdır.

Tərəflər həmçinin gərginliyi azaltmağa dair razılığa gəliblər.

Tacxeber.com

Oxşar xəbərlər

Dul qadınlar bir daha evlənməməlidirlər, çünki… – Baş keşiş görün nə dedi

redaktor

İranın 6 lüləli pulemyotu olan PUA-sı – Video

redaktor

Rusiya danışıqlar masası arxasında oturmağa məcbur edəcəyik – V. Zelenski

admin