8 C
Bakı
09 Fevral 2026 13:21
Dünya

Bayram günü koronadan minlərlə adam ölüb – ÜST

 

 

Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib.

Tacxeber.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə – əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb.

O, həmçinin yoluxma nisbətinin digər ölkələrdə də artdığı, lakin onların müvafiq məlumatı təşkilatla paylaşmadıqları barədə gümanını da dilə gətirib.

Qebreyesus bütün dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb.

ÜST rəhbəri, mövcud peyvəndlərin “JN.1” virus variantından müəyyən qədər qoruma təmin etdiyini bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Güney Azərbaycanda qələbə şənlikləri keçirilir

redaktor

SON DƏQİQƏ: Ukrayna bu əraziləri işğaldan azad etdi – FOTO

redaktor

“Milyonların şousu”nda 16 minlik sual müzakirəyə səbəb oldu

redaktor