22.8 C
Bakı
10 İyun 2026 02:36
Dünya

Putin azərbaycanlı həkimi təltif etdi – FOTO

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib.

Tacxeber.comxəbər verir ki, Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub.

Bu barədə Sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib.

Ruslan Bayramov həkim ailəsində dünyaya göz açıb. Onun babası Əmir Bayramov Gürcüstanın azərbaycanlılar yaşayan Kvemo-Kartli diyarının Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Əlli ilə yaxın Moskvadakı N.V.Sklifosovski adına Təcili Tibbi Yardım ETİ-də cərrah kimi çalışıb. Sonralar onu oğlu Şamil Bayramov əvəz edib. O da həmin institutda 30 il xəstələrə xidmət göstərib.

Tacxeber.com

Oxşar xəbərlər

Almaniyada xaş qadağası: 73 minlik cərimə…

redaktor

Şahin Şıxlinskinin oğlu DANIŞDI: “Mənə dedilər ki, sus, 3-4 dəqiqədən sonra…”

redaktor

“Haniyənin qisasını almaq İranın borcudur” – Xamenei

redaktor