Cəmiyyət

Azərbaycanda yeni pandemiya elan oluna bilər? – AÇIQLAMA – VİDEO

 

Azərbaycanda qızılca xəstəliyinə yoluxan şəxslərin sayında atım müşahidə olunur. Xüsusilə azyaşlılar və məktəblilər bu xəstəliyi daha çox keçirirlər.

BAKU.WS-in məlumatına görə, azyaşlılardan əlavə böyüklər arasında da qızılcaya yoluxanlar kifayət qədərdir.

Mövcud vəziyyəti nəzərə alsaq və yoluxmanın miqyasının bir qədər də artmasını ehtimal versək ölkədə növbəti pandemiyanın elan olunma riskinin olduğunu görərik. Məsələyə münasibət bildirən 17 saylı uşaq poliklinikasının baş həkimi Gülər Paşayeva itv-yə bildirib ki, əgər peyvəndlənmə prosesi düzgün aparılarsa, heç bir pandemiyaya yol aça bilməz.

Həkim pediatr Məshəti Nəcəfova isə hesab edir ki, bu məsələdə marifləndirmə işi düzgün aparılmalı və pevəndlənmə getməlidir: “Peyvəndlər barədə müxtəlif miflər var. Bunlar da həqiqəti əks etdirmir”.

 

Oxşar xəbərlər

Hava Limanında VIP sərnişinlərə xidmət sahəsinə işçi tələb olunur

admin

Bu rayonlarda ehsan verilməyəcək

redaktor

Qadın pensiyaçılara MÜJDƏ – VİDEO

redaktor