19 C
Bakı
10 Oktyabr 2026 11:37
Dünya

Zelenski ailəsinin harada olduğunu açıqladı

 

Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ailəsinin harada olduğunu açıqlayıb.

Tacxeber.com xəbər verir ki, Zelenski bu haqda bu gün keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb.

Ukrayna liderinin sözlərinə görə, oğlu məktəbdə, qızı isə Ukraynada universitetdə dərslərdə iştirak edir.

“Onların burada olduqlarına görə şadam”, – Zelenski əlavə edib.

Qeyd edək ki, 2023-cü ilin yayında Ukrayna Prezidenti ailə üzvlərini xaricə aparmaqdan imtina etdiyini bildirib. Onun sözlərinə görə, övladlarının ölkə üçün belə ağır bir vaxtda “xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsi” ədalətsizlik olardı.

Tacxeber.com

Oxşar xəbərlər

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor

Ukraynanın logistik savaşı: Limanlardan relslərə qədər uzanan böhran

redaktor

Zelenski: Ukrayna komandası ABŞ-da cəbhə kimi istifadə olunur ki, bu da, şübhəsiz ki, ədalətsizdir

redaktor