22.6 C
Bakı
29 İyun 2026 08:39
CəmiyyətGündəm

Xankəndi stadionunda futbol oynayırıq – VİDEO

 

Xəbər verdiyimiz kimi, dekabrın 21-də “Qarabağ”ın ilk dəfə Xankəndi şəhər stadionunda oyuna çıxacağı bildirilir.

Tacxeber.com xəbər verir ki, artıq oyunöncəsi hazırlıq işləri aparılır.

Bu günlərdə çəkilən görüntülərdə Xankəndi stadionunda bir neçə nəfərin futbol oynadığı əks olunub.

Ehtimal olunur ki, onlar stadionda çalışan şəxslər və ya futbolçulardır.

Qeyd edək ki, dekabrın 21-də Xankəndi şəhər stadionunda böyük ehtimalla Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK,  Ağdaş – Cəbrayıl cütünün qalibi arasında baş tutacaq.

Xatırladaq ki, bundan əvvəl Xankəndi şəhər stadionunda “qondarma rejim”in bayrağı ilə örtülü tribunaları sökülüb yeniləri ilə əvəzlənmişdi. Arenanın ot örtüyünün dəyişdiriləcəyi və paltardəyişmə otaqlarının yenilənəcəyi bildirilirdi.

 

Oxşar xəbərlər

Dövlət vəsaiti ilə qurulan fond: PR, yoxsa real dəstək?

admin

“Boşan, gəl, öz həyatını yaşa, kiməsə corab yuyansan?!”

redaktor

Xankəndidə axşam saatlarında GƏRGİN ANLAR – ANBAAN VİDEO

redaktor