16 C
Bakı
26 Sentyabr 2025 23:34
DünyaSiyasət

Fidanın Blinkenə soyuq münasibətinə Rusiya belə reaksiya verdi

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov hesab edir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ABŞ dövlət katibi Antoni Blinkenlə qucaqlaşmaqdan imtina etməsi yeni geosiyasi tendensiyaların ifadəli simvoluna çevrilib.

Rusiyalı senator Teleqram kanalında qeyd edib ki, Ər-Riyadda və xüsusilə ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyədə ABŞ dövlət katibinə verilən bu “gözə çarpan soyuq qəbul” ilk növbədə Qəzza zolağında baş verənlərə reaksiyadır.

Belə ki, Türkiyənin xarici işlər naziri Fidan Blinkeni hava limanında qarşılamağa nəinki gəlməyib, hətta danışıqlardan əvvəl onunla qucaqlaşmaqdan açıq-aşkar yayınıb.

Puşkov ABŞ-a müsəlman ölkələrinin bu soyuq münasibətinin “yeni zamanın başlanğıcından” xəbər verdiyi qənaətini də ifadə edib. Siyasətçinin fikrincə, getdikcə daha çox ölkə, xüsusən də Yaxın Şərqdə Vaşinqtonun bəyanatlarının etibarlılığına şübhə etməyə başlayırlar və indi ABŞ nümayəndələrinin dediyi sözlərə daha az güvənirlər. (Publika)

Tacxeber.com

Oxşar xəbərlər

Ölümündən əvvəl bütün pullarını bu quruma verib

redaktor

Səsvermə yaşı 16-ya salınacaq: kampaniya başladıldı

redaktor

İran silkələnir, hər yerdə aksiya, binalara od vuruldu – Video

admin