DünyaSiyasət

AB Ukraynaya sursat tədarükünü çatdıra bilmir.

 AB 2024-cü ilin martına qədər Ukraynaya bir milyon artilleriya mərmisi ötürmək planından geri qalır.

Bu barədə “Blumberq” məlumat yayıb.

Məlumata görə, bu müddətin yarıdan çoxu artıq keçib, lakin planın cəmi 30%-i yerinə yetirilib.

AB-yə üzv olan bir neçə dövlət bu müddətin uzadılması üçün blokun xarici siyasət şöbəsinə xüsusi müraciət edib. Eyni şəkildə, 2024-cü ildə öz istehsalını ildə təxminən 1 milyon mərmiyə çatdırmağı hədəfləyən ABŞ AB-ni səylərini gücləndirməyə çağırıb.

Bundan əlavə, bildirilib ki, İsraillə HƏMAS arasında münaqişə Ukraynaya silah tədarükü üçün əlavə risklər yaradır. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyəli aparıcı bu debatdan sonra istefa verdi – Video

admin

Rusiyadan üç keçmiş sovet ölkəsinə iddia: “Bizə məxsusdur”

redaktor

Britaniya Ukrayna üçün yeni yardım paketi hazırladı

redaktor