22.2 C
Bakı
10 İyun 2026 06:10
Cəmiyyət

“Mənim bankım yoxdur oğlum general Teymur Mehdiyevindir…” – Ramiz Mehdiyev

 

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.

Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O, açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib.

“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”.

Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?

“Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır”.

Bank həqiqətən hazırda satışdadır?

“Satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Ağcaqanadların yaydığı xəstəlik: Dünya əhalisinin yarısı risk altındadır

redaktor

Hansı ölkədə istirahət daha ucuzdur? – QİYMƏTLƏR

redaktor

Azərbaycanda “TIR”larla gəlin gətirməyə gedənlər saxlanıldı – VİDEO

redaktor