8 C
Bakı
09 Fevral 2026 15:10
İdman

Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

Dünya çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxdı

Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında finala yüksəlib.

Tacxeber.com xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançımız yarımfinalda erməni Slavik Qalstyanı məğlub edib.

Həsrət Cəfərov 5:3 hesabı ilə qalib gələrək adını finala yazdırıb. Bu uğur ona gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına da vəsiqə qazandırıb.

Final qarşılaşması sabah keçiriləcək.

Qeyd edək ki, bu gün, həmçinin, 63 kq-da Murad Məmmədov da finala yüksəlib.

Tacxeber.com

Oxşar xəbərlər

Ronaldo hakimin onun xeyrinə verdiyi penaltini ləğv etdirdi – VİDEO

redaktor

Qurban Qurbanovdan Lunyevin transferi ilə bağlı açıqlama

admin

Ramil Şeydayevə Azərbaycan paspotunu qəbul etməsi üçün 500 təklif edilib ?

admin