24.2 C
Bakı
28 İyun 2026 20:20
Cəmiyyət

İki oğlunu şəhid vermişdi, əkiz övladları oldu – FOTO

 

Vətən müharibəsində şəhid olan Çingiz və Cavid Məmmədov qardaşlarının əkiz bacı-qardaşı dünyaya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, yeni doğulan körpələrə Hüseyn və Zəhra adı verilib.

Qeyd edək ki, şəhidlərimiz Şəmkir rayonunun Yeniabad kəndindəndir. Böyük qardaş Cavid “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə”, Çingiz Məmmədov isə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunublar. Onların hər birinin iki övladı vətənə əmanət qalıb.


Oxşar xəbərlər

“Toplum TV işi”: “İstintaq xidməti müqavilələrimi qrant kimi təqdim edib”

admin

Çindən 11 manata gələn məhsul, Honkonqdan 680 manata gəlib

admin

Zakir Fərəcovun səhhəti ağırlaşdı əməliyyat olundu – İDDİA

admin