28 C
Bakı
11 Avqust 2025 19:05
Sağlamlıq

İdmanla məşğul olanda infarktı yaradan səbəblər

 

İdman, məşq və üzgüçülükdən öncə yüngül bədən açıcı hərəkətlər etmək lazımdır. Bir çoxları bunu gözardı edir və dərhal məşqə başlayır.

Məhz bu triqqer miokard infarktını tətikləyir.

“Medicina” xəbər verir ki, kardioloq Aleksandr Kiryakov idman edən kişilərin infarktdan qorunması üçün bəzi tövsiyələri verib.

“İdmanda ürək tutmasının səbəblərindən biri də düzgün olmayan tənəffüs, xroniki xəstəliklər və xəbərsiz olduğunuz ürək-damar problemləri ola bilər.

İdmandan, hovuzdan öncə bədənin, ürəyin yavaş-yavaş qızışdırılması, isidilməsi vacibdir. Birdən-birə ağırlıq qaldırma, hovuza atılma, idman ürək ritmini poza, təzyiqi qaldıra bilər. Bu da qəfil ürək tutmasına səbəb olur.

Risk qrupunda aşırı artıq çəkili insanlar, ilk dəfə idmana gedənlər, fiziki forması hazırlıqsız olanlar, siqaret çəkənlərdir.

İdman edərkən sinədə, döş qəfəsində sıxıcı ağrı və diskomfort artıq həkimə getməyə əsasdır. İdmanda istidən soyuğa və ya əksinə keçid etmək də təhlükəlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Balqabaq şərbəti ilə müalicə – Super resept

redaktor

Qrip niyə bu qədər TƏHLÜKƏLİ OLDU: “Növbəti iki ildə tez-tez və daha ağır xəstələnəcəyik”

redaktor

Qoz və xurma birlikdə yeyildikdə nə baş verir?

redaktor