16 C
Bakı
28 Sentyabr 2025 00:18
İqtisadiyyat

Azərbaycanlı milyarderin şirkəti parçalanır

 

Teymur Əhmədov adına “AzNar” QSC restrukturizasiya edilir.

Tacxeber.com-ın məlumatına görə, QSC-nin əmlakı və onun törəmə müəssisələrinin əmlakı bazasında, o cümlədən “AzNar” QSC-dən ayrılma şəklində yeni təsərrüfat subyektləri yaradılır.

Yaradılacaq təsərrüfat subyektlərinin əmlakının dəyərinin, nizamnamə kapitalının məbləğinin və tərkibinin, mülkiyyətçisinin, təşkilati-hüquqi formasının və s. müəyyən edilməsi, ümumiyyətlə bu qərarın icrası ilə bağlı bütün zəruri hərəkətlərin yerinə yetirilməsi direktorlar şurasına həvalə edilib.

Qeyd edək ki, “AzNar” QSC-nin majoritar səhmdarı Azərbaycan əsilli iş adamı Fərhad Əhmədovdur. QSC-nin 99,95%-i Əhmədov Fərhad Teymur oğluna, 0,05%-i 25 minoritar səhmdara məxsusdur.

Tacxeber.com

Oxşar xəbərlər

Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi – 9 milyonluq borc

redaktor

58 milyonluq şübhəli məhsul ortalığı qarışdırdı: Gömrükdən necə keçib?

redaktor

COP29 ən çox ONLARA QAZANDIRACAQ: Külli miqdarda mənfəət götürəcək sahələr

redaktor