22.8 C
Bakı
10 İyun 2026 02:35
Gündəm

İlham Əliyevlə təcili danışıqlar aparmağa hazıram – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib.

Öz növbəsində, Fransa Prezidenti şərti sərhəddə gərginliyin azaldılmasının zəruriliyini qeyd edib və regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Talıbovlar universiteti necə ələ keçirib? – Təsisçi şok faktlar açıqladı

redaktor

Azərbaycan XİN-dən Borelin açıqlamalarına reaksiya: “Ermənipərəst mövqe tutur”

redaktor

Mədə ağrısından, qıcqırmadan və köpdən 90 saniyədə xilas olun

redaktor