Cəmiyyət

“Azərbaycan dili reanimasiyadadır”.

“Azərbaycan dili reanimasiyadadır”. Bunu “Azərbaycan Dili və Ədəbiyyatı” Forumunda çıxışı zamanı yazıçı Seyran Səxavət deyib.

“Bu gün ölkədə Azərbaycan dilini normal bilən, danışan, yazan yox dərəcəsindədir. Bayaqdan burada dillə, ədəbiyyatla bağlı onlarla problemdən danışıldı. Hamısının kökündə dayanan dildir, vəssalam. Bu, çox ciddi məsələdir. Bunun üzərinə düşülməsə, görəcəklərimiz hələ qabaqdadır”, – o qeyd edib.

Yazıçı əlavə edib ki, televiziyalarımızda dillə bağlı qüsurlar, qəbahətlər baş alıb gedir: “İstənilən televiziyanı gətirin, mən sizə sübut edim ki, orada Azərbaycan dili bilgisi 49 faizdən o yana deyil. Bu biabırçılıqdır”. (APA)

Tacxeber.com

Oxşar xəbərlər

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

redaktor

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha VACİBDİR?

redaktor

Bayramqabağı bahalaşma: Quzu ətinin qiyməti 20 manatı keçdi

redaktor