20 C
Bakı
10 Oktyabr 2026 00:56
Cəmiyyət

Bakıda turistin itirdiyi 20 min dollar görün harda tapıldı – VİDEO

 

Bakıda çimərliklərdən birində alman turistin itən 20 min dollarını polislər qısa zamanda taparaq sahibinə qaytarıblar.

Tacxeber.com oxu.az-a istinadən xəbər verir ki, ölkəmizə turist kimi gələn Almaniya vətəndaşı Mariel Vitting Rolf ötən gün Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən çimərliklərdən birində istirahət edərkən içərisində 20 min ABŞ dolları olan əl çantasını naməlum şəraitdə itirib.

Xanım turist dərhal bu barədə çimərlikdə xidmət aparan Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarına məlumat verib.

Görülən tədbirlər nəticəsində Almaniya vətəndaşı olan turistin çantası pullarla birlikdə tapılaraq, ona qaytarılıb. Mariel Vitting polis əməkdaşlarının operativ reaksiyasına görə onlara təşəkkür edib.

 

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor