27 C
Bakı
24 Avqust 2026 00:18
İdman

Kriştianu Ronaldo daha bir dünya rekorduna imza atdı

Kriştianu Ronaldo daha bir dünya rekorduna imza atdı

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldo daha bir dünya rekorduna imza atıb.

Tacxeber.com report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, 35 yaşlı hücumçu buna “Əl-Şabab”a 4:0 hesabı ilə qalib gəldikləri yerli çempionatın IV turunun matçında dubl etməklə nail olub.Bu, Ronaldunun milli çempionatlarda 516 və 517-ci qollarıdır.

Portuqaliya millisinin üzvü Yozef Bitsan və Ferents Puşkası geridə qoyub. Siyahıya regional liqalarda vurulan qollar daxil edilməyib. Bu səbəbdən Pele və Romario cədvəldə yoxdur.


Oxşar xəbərlər

“Azərbaycan millisindən gələcək təklifə məmnun olaram” – Eren Aydın

admin

Azərbaycan bu mövsüm Avropada qələbə sayına görə liderdir

admin

“Qarabağ”ın avrokubok matçındakı qadın hakim – Emanuela Rusta kimdir?

admin