Cəmiyyət

Nazir sabiq icra başçısının oğluna Şərqi Zəngəzurda vəzifə verdi – FOTO

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdam rayonu İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədova yeni vəzifə verib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Sahil Babayevin müvafiq əmri ilə Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri Məmmədzadə Sənan Raqub oğlu vəzifəsindən azad olunub və Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri təyin edilib.

Nazirin digər əmri ilə Şərqi Zəngəzur Regional Məşğulluq filialının müdiri Bayramov Əbdül Yaşar oğlu vəzifəsindən azad edilib və Abşeron-Xızı Regional Məşğulluq filialının müdiri təyin olunub.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Əhalini ən çox aldadan şirkətlər – “Kontakt Home” I yerdə

admin

Yataqdan canlı yayım açan cütlük: Normal şey edirdik, bizdən pis olanlar da var – FOTO

redaktor

Həm maaş, həm də pensiya alan deputatlar – Siyahı

redaktor