24.1 C
Bakı
28 İyun 2026 18:11
Hadisə

“Akkord“un binasında lift qırıldı – 6 nəfər xəsarət aldı

“Akkord“un binasında lift qırıldı - 6 nəfər xəsarət aldı

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Tacxeber.com Report-a istinadla xəbər verir ki, hadisə iyunun 29-da, axşam saatlarında paytaxtın Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Bakıda mühafizəçi diş həkimi adı ilə xəstənin 11 dişini çəkdi

redaktor

Tovuzda itkin düşüb Gəncədə tapılan məktəbli sığınacağa VERİLƏ BİLƏR

redaktor

Bakıda sərnişin avtobusu suyun içində qaldı – Sərnişinlər kəndirlə xilas edildi

redaktor