Hadisə

“Akkord“un binasında lift qırıldı – 6 nəfər xəsarət aldı

“Akkord“un binasında lift qırıldı - 6 nəfər xəsarət aldı

Bakıda çoxmərtəbəli yaşayış binasında liftin qırılması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Tacxeber.com Report-a istinadla xəbər verir ki, hadisə iyunun 29-da, axşam saatlarında paytaxtın Bakıxanov qəsəbəsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə məxsus “Uğur-2” yaşayış kompleksində baş verib.

Kompleksdəki üçüncü binanın lifti 7-ci mərtəbədə olan zaman qırılıb və şaxtaya düşüb.

Hadisə nəticəsində liftdə olan 6 nəfər (ikisi azyaşlı) müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şahidlərin sözlərinə görə, onlardan birinin vəziyyəti ağırdır.

TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, qurumun tabeliyində olan Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları çağırış əsasında hadisə yerinə cəlb edilib: “Dörd nəfər qadın müxtəlif travmalarla TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub”.

Qeyd olunub ki, yaralıların hər birinə zəruri tibbi xidmət göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Bu 𝗥𝘂𝘀𝗶𝘆𝗮𝗻ı𝗻 𝗯ö𝘆ü𝗸 𝘀𝘁𝗿𝗮𝘁𝗲𝗷𝗶 𝗺əğ𝗹𝘂𝗯𝗶𝘆𝘆ə𝘁𝗹ə𝗿𝗶𝗻ə ç𝗲𝘃𝗿𝗶𝗹ir

admin

Bu verilişlərə görə televiziya rəhbərləri Prezident Administrasiyasına çağırıldı.

admin

4 idmançıya həbs cəzası verildi, Tofiq Musayevə isə…

admin