DünyaSiyasət

Tramp Putini niyə dostu adlandırdığını izah etdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətlərinin ona Ukrayna ilə bağlı razılığa gəlməyə kömək etdiyini bildirib.

Jurnalistlərin Rusiya liderinə qarşı dostcasına münasibətin Rusiya təcavüzünün pislənməsi ilə necə birləşdirilə biləcəyi barədə suallarını cavablandıran Tramp, danışıqlar üçün dialoqun davam etdirilməsinin vacib olduğunu vurğuladı.

“Hər iki ifadə doğru ola bilər. Biz razılaşmaq istəyirik. Biz qətli dayandırmaq istəyirik. Deyə bilərəm ki, o mənim dostum deyil, yaxud da gəlib ‘Səni sevmirəm’ deyə bilərəm. Amma o zaman Zelenski və Putinlə eyni problemlə qarşılaşardıq. Razılaşmanın ən böyük problemi iki liderin bir-birindən həqiqətən nifrət etməsidir. Ona görə də mən gəlib onunla yaxşı yola gedirəmsə, bu, onu uzun müddətdir tanıdığım üçündür”, – Tramp deyib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Noyerin şəxsi həyatı gündəmdə: həyat yoldaşının paylaşımı xəyanət iddialarını gücləndirib

admin

81 dəqiqəlik oğurluq, 36 illik axtarış: muzeydə çərçivələr hələ də boşdur

admin

Yasəmən Qaraqoyunlunun saxlanıldığı bildirilir

admin