24 C
Bakı
23 İyun 2025 18:06
Cəmiyyət

Atası ilə birlikdə zibil yığan qızcığaz: “100 manatımız olsaydı, işə getməzdik” – VİDEO

 

Heç kim deyə bilməz ki, qızlarımı diləndirirəm. Yeməyə heç nəyimiz olmayanda gedib tövlə təmizləmişəm”.

Bunu Baku TV-nin “Arzunun vaxtı” verilişində iki qızı ilə birlikdə zibil yığan ata həyat hekayəsini danışarkən deyib.

O, oğlunu öz doğum günündə itirdiyini söyləyib:

“Getdim ki, ad günümü qeyd edim. Həm də uşağın qırxı çıxan gün idi. Yolda zəng etdilər, gedib gördüm ki, ev uşağın üstünə uçub, ölüb”.
Zibildən yığdıqlarını daşımaq üçün təzə arabalarının olmasını arzulayan Səkinə isə atasının yorulduğunu görmək istəmədiyini deyir:

“Ən çox plastik qablar yığmağına pis oluram. Atam yorulduğu üçün hər gün dua edirdi ki, bir 100-lüyümüz olsaydı, işə getməzdik”.

 

Oxşar xəbərlər

Bakıda pis qoxunun yayılması səbəbi: “COP-29 keçirirlər, amma heç nədən başları çıxmır”

admin

Yuxuda ünsiyyət qurmaq mümkün olacaq – YENİ KƏŞF

redaktor

Tanınmış vəkil köynəyini Gömrük Komitəsinin sədrinə bağışladı

redaktor