24 C
Bakı
24 İyun 2025 18:35
Cəmiyyət

Yaqut Ağamalıyevanın davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Bu barədə “Report”a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.

Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, – idarədən qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Vikipediyadakı problemi necə həll etmək olar? – Osman Gündüzdən reaksiya

redaktor

Qohum nikahlardan şikəst uşaqlar doğulur – Akademik

redaktor

Şuşa hotellərinin – ZƏRƏRİ 4 DƏFƏDƏN ÇOX ARTIB

admin