24.1 C
Bakı
28 İyun 2026 16:16
Cəmiyyət

Yaqut Ağamalıyevanın davranışı ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbinin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın son davranışı ilə bağlı araşdırma aparılır.

Bu barədə “Report”a Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

“Xırdalan şəhəri 1 nömrəli tam orta məktəbində 4-cü siniflərin buraxılışı ilə əlaqədar keçirilmiş tədbirdə çəkilmiş video görüntülərlə bağlı bildiririk ki, Abşeron-Xızı Regional Təhsil İdarəsi olaraq sözügedən məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın müəllim nüfuzuna xələl gətirən davranışını qınayır və belə halların yolverilməz olduğunu bir daha vurğulayırıq.

Məsələ ilə əlaqədar İdarə tərəfindən araşdırma aparıldığını və ictimaiyyətə əlavə məlumat veriləcəyini bildiririk”, – idarədən qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Aprelin 20-21-i ilə bağlı CİDDİ XƏBƏRDARLIQ EDİLDİ

redaktor

Kriminal aləmin “Yeni Qulisi”ni bıçaqlayıb dənizə atdılar

redaktor

Lalə Azərtaşın verilişində ekspertlə iştirakçı əlbəyaxa oldu – Video

redaktor