29 C
Bakı
18 Avqust 2026 19:06
Mədəniyyət

Gülüstan Əliyeva məsxərəyə qoydu: “İfaçı”ları müğənni etmək üçün “fil doktoru” olmalısan” – VİDEO

 

“Müğənni olmaq istəyən çoxdur. Gəlirlər yanıma, deyirlər ki, uşağımı müğənni et. Baxıb görürsən ki, onu müğənni etmək üçün “fil doktoru” olmalısan (gülür). Tapa bilmirsən ki, bunun səsinin başı, ayağı, diapazonu haradadır. Ümumiyyətlə, bu insanın səsi var, yoxsa yox”.

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva qonaq olduğu verilişlərin birində deyib.

Sənətçi səhnədə səsi olmayan və “meydan sulayan” qeyri-peşəkar ifaçıları sərt şəkildə tənqid edib:
“Acınacaqlısı isə odur ki, bu gün səsi və istedadı olmayan dırnaq arası musiqiçilər səhnəmizdə çoxluq təşkil edirlər. Bunlar necə təhsil alıblar? Oxumaqları və səhnəyə gəlmələri də şübhə altındadır… Müğənni olmaq üçün xüsusi istedad olmalıdır ki, üzərində işləsin və ortalığa bir şey çıxarsın. Çünki bu sənət elə bir sənətdir ki, hər şey göz qabağındadır və bunu gözdən gizlədə bilməzsən. Səsini nə qədər kömpüterdə düzəltdirə bilərsən? Nə zamansa göstərməlisən də..”

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Rafiq Tağı və susan cəmiyyət

redaktor