19 C
Bakı
26 Sentyabr 2025 19:26
Hadisə

Sürücülər arasında yol vermək üstündə dava: Bir nəfər döyüldü – ANBAAN VİDEO

 

Bakıda parkinqdən çıxarkən iki sürücü arasında yaranan mübahisə sonradan dava ilə nəticələnib.

Hadisə Bakı Dəniz Vağzalının qarşısında baş verib.

Baku.ws-in redaksiyasına müraciət edən Baxşəliyev Bəşir 4 nəfər tərəfindən döyüldüyünü bildirib.

Onun sözlərinə görə, arxadan gələn “Mercedes” markalı avtomobilə yol versə də sürücüsü onu təqib edib. Sonda avtomobili qarşıda saxlayarkən sürücü ilə yanaşı 3 nəfər B. Baxşəliyevə hücum çəkib.
İnsidentdən sonra hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım gəlib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

MSK “mədəni adam” Natiq Cəfərlinin şikayətini təmin etmədi

admin

Bakıda 4 gün komada qalan hamilə qadın doğdu.

admin

Ramazan bayramı münasibətilə ziyarətgaha gedənlərin avtobusu dərəyə aşdı

redaktor