26 C
Bakı
13 Avqust 2026 04:50
Hadisə

“O, qızımı planlı şəkildə öldürüb” – Şəhid xanımının atası – VİDEO

 

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi Saleh Qurbanovun xanımı Ləman Qurbanova qaynı tərəfindən qətlə yetirilib.

Tacxeber.com “Baku Tv”yə istinadən xəbər verir ki, mərhumun atası qızının ölümünün planlı şəkildə həyata keçirildiyini bildirib.

“Bu gün uşağımı pirə aparıb. Bir-iki ay bundan əvvəl qaynı qızıma hücum etdi, onun başını kəsirdi. Nədi-nədi qızım telefon işlədir. Telefonu bütün dünya işlədir, hamının qızı, gəlini işlədir, əxlaqsızlıq eləmir ki!

Hadisə günü zəng etdim ki, haradasız? Dedi ki, Sumqayıta çatırlar. Dedim uşağı evə gətir. Dedi ki, niyə narahatsan, narahat olma. O, qızımı planlı şəkildə öldürüb”, – L.Qurbanovanın atası qeyd edib.

 

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Niyə bu qədər adam dənizdə boğulur?

redaktor

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

admin