Dünya

Qarabağın işğalında rol oynayan məşhur erməni cani öldü

 

Qarabağda separatçı-terrorçu hərəkatın əsasını qoymuş şəxslərdən biri olan Murad Petrosyan ölüb.

Tacxeber.com Globalinfo.az-a istinadla xəbər verir ki, onun 75 yaşında öldüyü bildirilib.

Qeyd edək ki, Murad Azati Petrosyan 1948-ci il yanvarın 1-də Əsgəranda doğulub, 1954-1964 Şuşadakı 2 saylı rus məktəbində oxuyub.

1983-cü il aprelin 24-də Qarabağda ilk dəfə “Biz dağlarımız” abidəsinin yanında uydurma “soyqırım” qurbanlarının xatirəsinə həsr olunmuş mitinq təşkil edib.

Daha sonra həbs edilib, 1989-cu ildə azadlığa çıxandan sonra “özünümüdafiə” dəstələrinin təşkili və onların birləşdirilməsi ilə məşğul olub. Qarabağın işğalında həm hərbi, həm də təbliğati baxımdan ciddi rol oynayıb.

Murad Petrosyan da digər məşhur erməni caniləri kimi Qarabağın işğaldan azad edilməsini və həyatlarını həsr etdikləri ideologiyanın puça çıxmasını gördü.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Mustafa Kamal Paşa Atatürkün anım günüdür

redaktor

Əbu-Dabidə Ukrayna danışıqları başlayır: Dönüş olmayacağının 5 səbəbi

admin

Paşinyan Rusiyanı yox, Türkiyəni seçdi

redaktor