Cəmiyyət

Çənəsi sındırılan Qarabağ qazısının döyüş videosu yayıldı

 

İdmançı Rəvan Nəbizadə tərəfindən çənəsi sındırılan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü, Qarabağ qazısı Namiq Babayevin Vətən Müharibəsi zamanı döyüş videoları yayılıb. “Yeni Sabah” xəbər verir ki, N. Babayev komandiri olduğu tağımla müharibənin ən qaynar nöqtələrində olub. O, Xocavənd uğrunda döyüşlərdə yaralanıb. Prezident tərəfindən “Vətən müharibəsi iştirakçısı”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilib.

Müharibədən sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində işlə təmin olunub.

Bir neçə gün əvvəl Namiq Babayev işinin icrası zamanı vətəndaş Rəvan Nəbizadə tərəfindən hücum qalaraq çənəsi sındırılmışdı.

Komandirin müharibə vaxtı çəkdiyi videoları təqdim edirik:

Oxşar xəbərlər

Fazil Mustafanın son durumu açıqlandı

redaktor

Safura Əlizadənin 65 AZN-lik geyimi müzakirələrə səbəb oldu – FOTO

redaktor

Azərbaycan dünyada jurnalist həbsinə görə birinci beşliyə daxildir

admin