Sağlamlıq

Ağızda quruluq – Ciddi siqnaldır

 

 

Ağız quruluğu diabet və digər ciddi xəstəliklərin əlaməti ola bilər.

“Medicina” xəbər verir ki, britaniyalı həkim – stomotoloqların sözlərinə görə, quru ağız narahatlıq doğurmayan ümumi bir simptomdur.

Bu, xoruldama, dərman qəbul etmək, siqaret çəkmək və ya spirtdən sui-istifadə nəticəsində yarana bilər.
Ancaq bu, həm də “qırmızı bayraq” siqnalıdır.

“Quru ağız orqanizmdə düzgün getməyən hansısa prosesin bir əlaməti ola bilər. Xüsusilə ağızda yapışqanlıq hissi, boğaz ağrısı, çeynəmə və ya udma çətinliyi, ağız qoxusu kimi simptomlar varsa”.

Mütəxəssis kserostomiya ilə müşayiət olunan halı tüpürcək vəzilərinin kifayət qədər tüpürcək istehsal edə bilmədiyi bir vəziyyət adlandırdı.

Həmçinin nevroloji patologiyalar, yüksək qan şəkəri, autoimmun pozğunluqlar bu vəziyyətin inkişafına səbəb ola bilər.

Məsələn:

• Diabet
• yuxu apnesi
• HİV.
• Alzheimer xəstəliyi
• İnsult
• Şeqren sindromu

Bundan əlavə, ağız quruluğu qocalma, dərmanların təsiri, kariyes, siqaret, alkoqoldan sui-istifadədə özünü göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Ağrıkəsicilərdən uzunmüddətli istifadə edənlərə XƏBƏRDARLIQ – FOTO

redaktor

Bu xəstəliyi olanların nəzərinə: tünd şokoladın inanılmaz faydası üzə çıxdı

redaktor

Orqanizmdə zəhərin davamlı olaraq ayrıldığı yeganə yer – MARAQLI

redaktor