25 C
Bakı
11 Avqust 2025 08:11
Siyasət

Ermənilər şokda: Rus general Azərbaycana minnətçi düşdü

Ermənilər şokda: Rus general Azərbaycana minnətçi düşdü

 

Həkəri körpüsünün (yeni Laçın-Xankəndi yolu üzərindəki körpü – red.) açılması ilə bağlı danışıqlar dünən Rusiya sülhməramlılarının komandiri, general-mayor Andrey Volkovun iştirakı ilə davam edib, baxmayaraq ki, o, tezliklə Qarabağı tərk edəcək.

Tacxeber.comxəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, ruslar həm Azərbaycan, həm də separatçı rejim nümayəndələri ilə ayrı-ayrılıqda danışıqlar aparsalar da, artıq 3-cü gündür ki, heç bir nəticə yoxdur:

“Əksinə, Azərbaycan dünən Laçın dəhlizi keçid məntəqəsində lövhə qoyub: “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz”.

Erməni nəşri xatırladır ki, bazar günü Azərbaycan Laçın dəhlizini məhz rus sülhməramlılarının yerləşdiyi hissədən bağlayıb. Ruslar isə Azərbaycanın yük maşınları və hərbi maşınları ilə Həkəri körpüsünün bağlanmasına mane olmayıblar:

“Artsax”da isə düşünürlər ki, azərbaycanlılar keçid məntəqəsi ideyasından əl çəkməyəcəklər. Rusların əldə etməyə çalışacaqları yeganə şey, keçid məntəqəsində təkcə azərbaycanlıların deyil, Rusiya sülhməramlılarının da yerləşməsi və birgə dislokasiyadır”.

Qeyd edək ki, rəsmi Bakı Laçında keçid məntəqəsinin yaradılmasının qanuni və beynəlxalq hüquq normalarına uyğun olduğunu, bundan başqa, Praqa və Soçidə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Tacxeber.com

Oxşar xəbərlər

İran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan böyük İslam ordusu yaratmağa çalışır?

admin

Kennedi: “İsrail yox olarsa, bu, ABŞ-ın milli təhlükəsizliyi üçün fəlakətli olacaq”

admin

Tramp yatmazdan əvvəl arvadını belə çağırır

redaktor