15 C
Bakı
27 Sentyabr 2025 15:22
Cəmiyyət

Bakıda qablaşdırılan sular krantdan doldurulur – VİDEO

Bakıda qablaşdırılan sular krantdan doldurulur - VİDEO

 

Su sifariş edərkən marka araşdırması aparmaq və etibarlı şirkətləri seçmək lazımdır.

Tacxeber.com“Bizim.media”ya istinadən xəbər verir ki, qablaşdırılmanın üzərində markanın loqosu, suyun haradan gətirildiyi, istehsal və son istifadə tarixinə diqqət yetirmək son dərəcə vacibdir. Bu gün dağ və bulaq suyu adı altında kifayət qədər istehlakçı aldadılır.

Azərbaycanda son vaxtlar sayı artan su şirkətləri bazarda əməlli-başlı “at oynadır”. Su “dəllal”ları əhaliyə verilən şəbəkə suyunu “dağ və bulaq suyu” adı altında qablaşdıraraq istehlakçılara baha qiymətə satırlar.

İddialarına görə, keyfiyyətsiz suyu filtrdən keçirib, hətta minerallaşdırırlar. Halbuki ortada nə dağ, nə bulaq, nə də minerallaşdırılmış su var.

Söhbət evlərə və ofislərə daşınan sulardan gedir. Hər damlasında “həyat” olan suyun bir sıra şirkətlər tərəfindən hansı şəraitdə qablaşdırılmasına bir də siz şahid olun.

Daha ətraflı videoreportajda:

Tacxeber.com

Oxşar xəbərlər

Avtomobil təmiri sexindən 15 yaşlı oğlanın meyiti tapıldı

redaktor

“Sən bu yazdıqlarını saytdan sildir, mən də sərinkeşi içəri buraxdırım”

admin

Feodal kəndçi ruhu

admin