Cəmiyyət

“Fuad Poladovu teatrdan uzaqlaşdırana sayğım yoxdur”

 

Aktyor Kamran Yunis də mərhum Xalq artisti Azər Paşa Nemətovu tənqid edənlər sənətçilər sırasına qoşulub.

O, sosial media hesabında bunları yazıb:

“Bu da öldü… İndi kim: Mən! Mən! Mən deyəcək? Bəlkə də belə yazmaqda haqsızam, amma elə yaşayaq ki, rəhmət deyənlər çox olsun! Fuad Poladovu teatrdan uzaqlaşdıran və ya son zərbə vurana mənim kitabımda sayğı yoxdur. Hələ teatrdan qovduğu həqiqi istedadlı gəncləri sadalamıram. İlham Hüseynov, Hikmət Rəhimov, Murad İsmayıl… Bu gənclər hərəsi bir teatrdır. Ustadınızdır, gedin yas tutun. Mənim dəyərlər sistemim belədir”.

Qeyd edək ki, aktyor Hikmət Rəhimovun da qalmaqal yaşadığı Azər Paşa Nemətovla bağlı status ötən gün müzakirə olunub.

Tacxeber.com

 

Oxşar xəbərlər

Fatimə Mövlamlı: “Yazıma görə ailəmlə görüşlərimi ləğv edəcəklər”

admin

Giləzi-Quşçuluq”da 400 tondan artıq yararsız toyuq əti: direktor həbs edilib

admin

Süni intellekt insanlığın həyatı üçün təhlükəyə çevrilib

redaktor