Cəmiyyət

“Azər Paşa deyirdi ki, bir yerdə klinikaya gedək…” – Rasim Balayev

 

“Azər Paşa həm dostum, həm də qrup yoldaşım idi. 58 ildir ki, çox mehriban dostluq edirdik. Teatrda gözəl tamaşalar hazırlayıb. Onu başqa ölkələrdə də tanıyırdılar. Adil İsgəndərov, Mehdi Məmmədov, Tofiq Kazımov məktəbinin layiqli davamçılarından biri idi. Çox aktiv işləyirdi”.

Bu sözləri Publika.az-a xalq artisti Rasim Balayev mərhum Azər Paşa Nemətovdan danışarkən deyib.

“Onunla sonuncu dəfə martın 10-da danışmışıq. Məni teatra dəvət elədi və “Sənətkar” medalı təqdim elədi. Sonra söhbət elədik. Bizi avtomobilə qədər yola saldı. Tez-tez telefon vasitəsiylə əlaqə saxlayırdıq. Onun da, mənim də ayağımada problem vardı. Deyirdi ki, bir yerdə klinakaya gedək, eyni palatada müalicə olunaq. Belə söhbətlər edirdik. Səhhətindəki problem ayağında və belində idi. Amma qəfil ölümü bizi çox təəccübləndirdi. Azərbaycan teatrı, sənəti üçün böyük itkidir. Allah rəhmət etsin”.

Tacxeber.com

Oxşar xəbərlər

Prezidentin fərmanı düzgün icra olunmur, güman ki, İRİA bununla əlaqəli olan tədbiri də qapalı keçirir

admin

Rusiya–Azərbaycan münasibətlərində post-neokolonial çat.

admin

Sığınacaqdakı uşaqların bədəni yara tökdü – Dispanser müalicə etmədi

redaktor