17 C
Bakı
25 Oktyabr 2026 16:38
Sağlamlıq

Darçınlı çayın FAYDALARI

 

Ədviyyatlar bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir. Bu səbəbdən müxtəlif ədviyyatları qidalara və içkilərə əlavə etməklə biz nəinki onların dadını, həm da faydasını xeyli artırırıq.

Ən populyar ədviyyatlardan biri olan darçın adətən şirniyyatlara və bəzi qidalara əlavə olunur. Lakin Şərqdə darçını qəhvə və çaya da daim əlavə edirlər. Bu içkinin dadını qeyri-adi edir. Bundan əlavə çaya əlavə olunmuş darçın orqanizmə müalicəvi və profilaktik təsir edir.

Tacxeber.com xəbər verir ki, darçınla çay mübadilə proseslərini sürətləndirir, iştahanı azaldır, arıqlamağa kömək edir. Bəzi iddialara görə, darçınla çay insanda şirniyyat və unlu məmulatlara olan meyli azaldır.

– Qanda şəkərin səviyyəsini aşağı salır.

– Ürək-damar sistemi üçün olduqca faydalıdır.

– Orqanizmdə iltihabları azaldır.

– Əhval-ruhiyyəni yaxşılaşdırır, insanı daha gümrah edir, iş qabiliyyətini artırır, orqanizmin tonusunu artırır.

– Beyinin fəaliyyətini stimullaşdırır, yaddaşı və diqqəti yaxşılaşdırır.

– Kişilərdə potensiyanı artırır, prostat vəzi xəstəliklərinin riskini azaldır.

– Təbii afrodiziakdır – qadın və kişilərdə cinsi meyli artırır.

Darçınlı çayı hazırlamaq üçün darçın borucuğunun kiçik hissəsini götürün, üyüdün və çay dəmlədikdə çaydana əlavə edin.

Tacxeber.com

Oxşar xəbərlər

Yaş qozun faydalarını bilirsinizmi?

redaktor

Şəfa deposu narlı çay resepti

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor