8 C
Bakı
09 Fevral 2026 14:08
Cəmiyyət

Polisdən “Tarqovı”da poza verən modelə xəbərdarlıq

Polisdən “Tarqovı”da poza verən modelə xəbərdarlıq

 

Bakıda fəaliyyət göstərən Emilia Dinqo adlı model və blogerə polis tərəfindən xəbərdarlıq edilib.

OLAY yazır ki, o bu barədə sosial media hesabında məlumat verib. Nizami küçəsində çəhrayı libası və aksessuarları ilə kamera qarşısına keçən influenser hadisəni belə izah edib:

“Bu fotosessiya zamanı məni polis saxladı. Bu “ağır cinayət”in qarşısını almaq üçün 6 nəfər serjant qaçaraq gəldi. Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər:

“Belə geyimdə çəkiliş qadağandır”, “Bura plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”…

Təsadüfən bu maddələri konstitusiyada görmüsünüzsə, mənə skrinşot göndərin.Ümumiyyətlə, bu fotosessiyanı altı aya hazırlamışam. Şəkilin hər bir detalı xüsusi olaraq bu fotolar üçün hazırlanıb və hamısı birlikdə təxminən 2500 manat edib”.

Qeyd edək ki, Emilia fərqli fotosessiyaları və imici ilə tanınır.

Oxşar xəbərlər

Telefon asılısı olan gənc 3 ildir evdən çölə çıxmır

redaktor

Sabiq baş nazirin inəklərlə selfi istəyi: isti qarşılamadılar… – FOTO

redaktor

Azərbaycanla sərhəddə casusluq – ANBAAN GÖRÜNTÜLƏR

redaktor