16 C
Bakı
26 Sentyabr 2025 23:12
CəmiyyətSağlamlıq

Orucun daha bir inanılmaz faydası ortaya çıxdı

 

Sağlam qidalanma mütəxəssisi Şilan Alyamaçın sözlərinə görə, oruc tutanlarda aktivləşən “sirtuin geni” bədəni həm cavanlaşdırır, həm də yaşlanmanı ləngidir.

Tacxeber.comTürkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert qeyd edib ki, bu dövr, əslində orqanizm üçün bir növ bərpa prosesi olan “autofagiya” hadisəsini tətikləyir.

Mütəxəssis əlavə edib ki, sirtuin adlı genlər aclıqla aktivləşməyə başlayır ki, onun sayəsində 1 il 4 və ya 6 ay cavanlaşma və uzunömürlülük əldə etmək mümkündür.

“Laboratoriyada aparılan araşdırmada məlum olub ki, heyvanların qidaları və toxluğu 40 faiz azaldıqda, 1 il 4 və 6 ay cavanlaşıblar, eyni zamanda ömürləri uzanıb. Sirtuin geni insan ac olduğu zaman ifraz olunur, ömür müddəti də uzanır.

Laboratoriya siçanları və meymunları daha yaşlı, tükləri tökülmüş vəziyyətdə olub, yaralarının isə gec sağaldığı qeydə alınıb. Ac eksperiment heyvanlarının isə daha uzun ömür sürdüyü və sağlam olduqları sübut edilib”, – Şilan Alyamaç bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Cəmi 3 vasitəylə xərçəngə qalib gələn qadın

redaktor

Üzeyir Hacıbəyovun heykəlinə ayaqqabı atan şəxslərin kimlikləri bilindi – YENİLƏNİB + VİDEO

redaktor

Rusiyada hazırlanan xərçəng əleyhinə peyvənd 100 faiz nəticə göstərib

redaktor